Hotel California

HotelCalifornia

1977-ci ildə buraxılan valın qapaq fotosundakı otel Kaliforniyadakı Beverly Hills Otelidir.

Hotel California ABŞ-ın rok musiqi qrupu Eaglesın 1976-cı ildə yazılan Hotel California albomunda yer alan birinci parçadır.  1977-ci ildə ayrıca valda yayınlanıb.  Qrup üzvləri Don Felder, Glenn Frey ve Don Henley tərəfindən yazılaraq bəstələnən musiqini Henley səsləndirib. Musiqinin sonundakı uzun solo elektro gitara hissəsini isə Henley qrupa yeni qatılan Joe Walsh`la birlikdə ifa edib.

Musiqi üç ay ərzində ABŞ-da bir milyondan çox val satışı ilə Billboard jurnalının Hot 100 siyahısında yerini alır və Eagles`a “Qızıl val” mükafatı qazandırır. 1978-ci ildə isə Grammy mükafatına layiq görülür. Ümumilikdə dünyada 11 milyondan çox valı satılıb.  2009-cu ildə internet üzərindən satış sayı bir milyonu ötdüyünə görə RİAA tərəfindən “Platin Val” mükafatına layiq görülüb. Rolling Stone jurnalının bütün dövrlərin ən yaxşı 500 musiqisi siyahısında 49-cu yerdədir.

Hotel California indiyə qədər ən çox şərh edilən musiqi parçasıdır. Musiqinin sözləri ikibaşlıdır. Bir çox mənalara yozmaq olar. Ona görə də mənası haqqında xeyli yozum, xeyli versiya var. Sizinlə ən məşhur olanları bölüşəcəyəm.

Versiyaların birinə görə Hotel California psixiatrik xəstəxanadır. Bəziləri hətta Los-Anceles və Santa Barbara arasındakı Ventura dairəsində yerləşən Camarillo State Hospital olduğunu iddia edirlər. Musiqi isə psixoloji narahatlığı olan insanın hallüsinasiyaları, qapalı mühitdə çox zaman keçirməsini, epizodik olaraqsa insanın azadlığa çıxma istəyini ifadə edir.

Digər bir versiyaya görə isə Hotel California satanizm haqqında mahnıdır. 1980-ci illərdə bəzi xristiyan evangelistlər iddia edirdi ki, otel satanizmin yaradıcısı Anton LaVey tərəfindən alınaraq Şeytan kilsəsinə çevirdiyi oteldir. Musiqinin sözlərinə diqqət yetirsək: gecə, yol, fənər və mehmanxana. Səyyah qapıda qızla qarşılaşır  və zəngin cingiltisi eşidilir. O, düşünür ki, bu yer Cənnət də ola bilər, Cəhənnəm də. Qız şam yandırıb yol göstərir və sanki onun fikirlərini eşidib dəhlizdə şirin səslər cəzbedici mehmanxananı tərifləyir.
O xidmətçidən şərab gətirməsini istədikdə (şərab – İsanın qanının simvoludur) xidmətçi 1969 – cu ildən bəri tapılmadığını deyir. Versiyanın tərəfdarları bu misrada Anton LaVeyin Şeytan İncil`ini 1969-cu ildə yazmasını və xristiyanlıqdan imtina edərək Şeytan kilsəsini yaratmasına işarə olduğunu deyirlər.

Musiqinin sözlərinə qayıdaq. Hansısa mərasim təsvir edilir. Əllərində polad bıçaqlar olan adamlar vəhşi bir heyvanı doğrayır, lakin öldürə bilmirlər. O qapıya doğru qaçır və gözətçi “gedə bilərsən, ancaq heç vaxt tərk edə bilməzsən” – deyir.

Başqa bir versiyaya görə Hotel California narkotik asılılığının metaforasıdır. Musiqinin ikinci sətirində işlədilən “colitas” sözünün mənası Meksika jarqonunda çətənə (lat. Cannabis) kolu mənasını verir. Dişi çətənə kolundan marixuananın hazırlandığı  Tetra-Hydro-Cannabinol (THC) maddəsi alınır. THC abreviaturasının açılışı The Hotel California kimi də oxuna bilər. Və son iki misradakı “burdan əsla çıxış yoxdur” fikrini də narkotik asılılığına aid etmək olar.

Musiqinin sözləri və tərcüməsinə baxa bilərsiniz: türk dilində və rus dilində.

Bir şərh yazın