Waiting for something

“Krevetka”da qapıdan girəndə soldan divanlı yer varıydı. Qara divanlar. Stolların arasından keçib sağa dönüb girirdin küncə. 2011-in qışı, havanın 5-6-da qaraldığı vaxtlar hər gün universitetdən çıxıb birbaşa gəlib otururdum orda. Günorta ərəfəsi demək olar adam olmurdu.  İçəridə hava hələ daha yüngül olurdu. Pivəni alıb sakitcə otururdun. Baş tərəfdə balaca bar var idi. O balaca barın arxasında həmişə ən az iki nəfər vurnuxurdu. Mənə elə gəlirdi dayı orda dayanmadan bokalları silir. Dayıya dair beynimdəki şəkil təzəcə sildiyi bokalı barın yuxarısından asdığı formadadır. Həmişə içərinin tutqun abu-havası ilə tam üst-üstə düşən mahnılar qoyurdular. Əhval-ruhiyyən yaxşı olsa belə, orda oturduğun vaxt adamı hardan gəldiyini bilmədiyin bir sıxıntı bürüyürdü. Əslində, bu hissin adı sıxıntı belə deyil, amma bundan daha uyğununu tapa bilmədim.
Oxumağa davam et

Kremldə konsert

Wind of Change“Scorpions” noyabrın 26-sı Strasbourga gəlir. Biletin qiyməti bahadı deyə, gedə bilmirəm. Əslində, “Deep Purple” və “Scorpions” arasında seçim eləməliydim, biricini seçdim. “Wind of Change” haqqında əvvəllərdə qısa bir yazı var. Bunu da keçən il bu vaxt kult.az üçün yazmışdım, sonra saytı bağladılar. Bu il də 25-i 26 eləməklə yazını bura yerləşdirirəm.

Ötən həftə Almaniyada “Berlin divarı”nın dağılmasının 26 illiyi qeyd edildi. Düz 26 il əvvəl – 9 noyabr 1989-cu ildə Berlini və ümumilikdə, Almaniyanı iki yerə bölən “Berlin divarı” dağıdıldı. Soyuq müharibənin simvolu olan divar, bir növ həm də iki yerə bölünən dünya arasındakı sədd idi. Kapitalizm – ABŞ, Qərbi Avropa və sosializm – SSRİ. Berlinin şərqi ilə qərbini ayıran 43 kilometrlik divar, sadəcə, bir gecədə tikilmişdi. 1961-ci il avqustun 13-ü səhər işə, dərsə, görüşə gedən berlinlilər qarşılarında 3.6 metrlik divar görüb şoka düşmüşdülər. Sonrakı illərdə yüzlərlə insan divarı aşaraq digər tərəfə keçməyə cəhd edib. Rəsmi məlumata görə, qaçmağa cəhd edən 136 nəfər ölüb və ya öldürülüb. Nəhayət, 1989-cu ilin 9 noyabrında həftələrlə davam edən mitinqlərdən sonra divar uçurulur.

Bilmirəm, bəlkə də, artıq tarixdə qalıb deyə, ya da sırf özümüz yaşamamışıq deyə, bəzən adi bir şey imiş kimi oxuyub keçirik. Ancaq fikirləşəndə ki, yaşadığın şəhər ikiyə bölünüb və sənin digər tərəfə keçmək hüququn, illərlə gəzdiyin, işlədiyin yerləri görmək imkanın yoxdur, adam dəhşətə gəlir. Bəlkə də, həmin gecə şəhərin digər tərəfində qonaq qalmısan və səhər evə qayıtmağa qoymurlar. Şəhərin digər tərəfində yaşayan qohumlarını görməyə icazə vermirlər. Dəhşətlidir. Oxumağa davam et

The Green Leaves of Summer

Brothers_Four_(Michiganensian)Bu mahnı yayın son günlərini təsvir edən ən bomba mahnıdı. Çox basic söhbət eləyirlər, amma çox səmimidi, çox həyatidi, ləzzət eləyir. Sözlərinə fikir verin, yayın sonunu, həmin əhval-ruhiyyəni bundan daha gözəl ifadə eləmək mümkün deyil.

The Green Leaves of Summer 1960-cı ildə çəkilən “The Alamo” filmi üçün yazılıb. Sözlərini amerikalı şair, müğənni Pol Frensis Uebsterindi. Musiqisini isə rus əsilli amerikalı bəstəkar Dmitri Tiomkin bəstələyib. The Four Brothers qrupu isə mahnını ifa edib.  Oxumağa davam et

House of the Rising Sun

The House of the Rising SunBu mahnını indiyə kimi yüzlərlə musiqiçi səsləndirib. Aralarında Nina Simondan tutmuş Bob Dilana, “Pink Floyd”dan tutmuş “Eagles”a, Emi Uaynhausdan “Bon Jovi”yədək bir çox musiqiçini tapmaq olar. Söhbət “House of the Rising Sun” mahnısından gedir. Tərcümə etsək, “Günəşin doğduğu ev”.

Yüzlərlə ifaçısı olmasına baxmayaraq “House of the Rising Sun” dedikdə ilk ağıla gələn “The Animals”dır. 1964-cü ildə “The Animals” qrupunun sinql olaraq yayımladığı “House of the Rising Sun” bu günədək mahnının ən məşhur versiyası hesab olunur.  Həm də ən yaxşısı. “House of the Rising Sun”  “The Animals”ın ifasından sonra bütün dünyada məşhurlaşsa da, mahnının tarixi “The Animals”ın özündən daha qədimdir.

Mahnı sözlərinə fikir versək, hadisələr Nyu Orleanda “Günəşin doğduğu ev”də baş verir. “Günəşin  doğduğu ev” xeyli insanın həyatını məhv edib. Qəhrəman da həyatı məhv olanlardan biri olduğunu deyir. Oxumağa davam et

Mamy blue

Mamy BlueAtamla bir yerdə dinlədiyim bir-iki mahnı var. Onların özəllikləri odur və mənə aid bir hekayələri var. Mənim üçün onları xüsusi edən şey atamla bir yerdə dinləməyimdir.

Çox sevdiyimiz, bir müddət dinlədiyimiz mahnıların istər-istəməz bizim üçün bir hekayəsi, xatirəsi yaranır. Dinləyəndə hansısa bir dövr yada düşür. Hansısa insan yada düşür. Baş verən bir hadisəni, hansısa əhvalatı xatırlayırsan. Bu hekayələri dinləmək maraqlı və zövqvericidir.

İndi haqqında danışacağım mahnı ilə bağlı bir dostum yazmışdı. “Atam danışır: 80-ci illərdə Şəmkirdə qonşuda yaşayan, bunlara qarışmayan bir oğlan var imiş. Əmisi bu uşağa Almaniyadan bir maqnitofon göndərib. İçində də ancaq bu mahnı. Uşaq bütün günü balkonda bu mahnıya qulaq asırmış deyə, bir az sonra oğlanı hamı “Mami Blu” deyib çağırırmış”. Oxumağa davam et

Kalinka – Yeltsinin sərxoş vəziyyətdə oxuduğu mahnı

İvan Larionov

Kirov prospektində İvan Larionovun barelyefi

Siz bu musiqini Rusiyaya aid suvenirlərin satıldığı mağazalarda, rus mətbəxinin təqdim edildiyi kafelərdə, “Heineken”, “Six Flags” və başqa brendlərin reklam çarxlarında eşidə bilərsiniz. İngiltərədə Londonun “Çelsi” klubunun fanatlarının bir ağızdan bu mahnını oxuduğunu da eşidə bilərsiniz.

İki əsrə yaxın yaşı olan “Kalinka” ən məşhur rus mahnılarından biridir. “Kalinka-Malinka” adı ilə də tanınan mahnının çox vaxt xalq mahnısı olduğu düşünülsə də, əslində, bu, 1860-cı ildə bəstəkar İvan Larionov tərəfindən yazılıb və bəstələnib. İlk dəfə Rusiyanın Saratov şəhərində kiçik bir tamaşada səsləndirilib. Oxumağa davam et

Bu mahnını Billi Co xərçəngdən ölən atasına həsr edib

Green Day“Wake Me up When September Ends” mahnısının kədərli hekayəsi var.

Green Day qrupunun qurucusu və solisti Billi Co Armstronq mahnını 10 yaşında itirdiyi atasına həsr edib. Billi Conun atası 1 sentyabr 1982-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

Deyilənə görə, atasının dəfnindən sonra o, ağlayaraq öz otağına qaçır və qapını bağlayır. Anası arxasınca gəlib qapını döyəndə qısa olaraq “məni sentyabr bitəndə oyadarsan” olur. Oxumağa davam et

The Beatles – Here Comes the Sun

 

"Here Comes the Sun" mahnısının Corc Harrison tərəfindən yazılan orijinal əlyazması

“Here Comes the Sun” mahnısının Corc Harrison tərəfindən yazılan orijinal əlyazması

Corc Harrison bu mahnını Erik Klaptonun bağında, elə Klaptonun akustik gitarı ilə yazıb.

1967-ci ildə Beatlesin meneceri Brian Epstein`in ölümündən sonra qrup üzvləri bir çox  iş görüşmələrini özləri etməli olurdu. Harrison iş görüşmələrinə nifrət edirdi. Mahnı da elə bu tip görüşlərin birindən sonra yazılıb.

Erik Klapton mahnının yaranması haqqında öz xatirəsini bölüşür: “Gözəl yaz səhərlərindən biri idi. Səhv etmirəmsə aprel ayı idi. Biz öz gitarlarımızla bağda gəzişirdik. Günəş parıldayırdı. Biz bağın aşağısında oturduq. Gözəl gün idi, günəş şüaları bərq vururdu. Birdən o açılış misrasını oxumağa başladı (Here comes the sun), sonra davamını və mən sadəcə bu mahnının yaranmasına tamaşa etdim.” Oxumağa davam et

Paint it Black – Müharibənin mahnısı

Paint it BlackPaint it Black” ingilis rok qrupu “The Rolling Stones“un məşhur mahnılarından biridir. Sinql versiyası 1966-cı il mayın 7-si ABŞ-da, mayın 13-ü İngiltərədə yayımlanıb. Mahnı qrupun dördüncü albomu “Aftermath“ın tərkibində yer alıb. Albom 15 apreldə yayımlansa da, sinql versiyanın ABŞ-da yayımlanmasından sonra satışa çıxarılıb. İngiltərədə yayımlanan versiyada “Decca” studiyası mahnının adına səhvən vergül artırıb “Paint it, Black” yazıb. Mahnının sözlərini Mick Jagger, musiqisini Keith Richards yazıb. Digər qrup üzvlərinin də müəyyən qatqıları var.

Yayımlandığı il ABŞ və İngiltərə hit paradlarında birici sıraya yüksəlib. Rolling Stone jurnalının “Bütün dövlərin ən yaxşı 500 mahnısı” siyahısında 174-cü yerdədir. Oxumağa davam et

Beatles – Come Together | Adını seçki şüarından götürən musiqi

Come together3 aylıq fasilədən sonra yenidən bir şeylər yazmağa çalışacağam. Bu qədər fasilənin səbəbinin nə olduğunu tam olaraq deyə bilmərəm. Texniki məsələlər bir yana, həvəs yox idi. Bloqu yaradarkən fikirləşirdim ki, bunu sırf zövq üçün edirəm. Yazıların oxunub-oxunmaması önəmli deyil. Ancaq açığı nə qədər də olmasa insanın bir gözləntisi olur. Oxuyacaqlar, fikir bildirəcəklər və s. Çünki feedback gələndə adam sevinir, zövq alır, tətmin olur. İşin bu tərəfi xeyli önəmlidir. Di gəl ki, yazını yazırsan və baxış sayı 10-u keçmir. Adam məyus olur. Həvəssizlik də bəlkə elə bundan doğur. Nəticə olaraq 3 aylıq fasilə də burdan qaynaqlanır. Kiməsə “yazıram, oxumursan” deyə minnət etmək də olmaz, kiminsə boğazından tutub oxu demək də olmaz, çünki özüm belə hallarla qarşılaşanda əsəbiləşirəm. Oxumağa davam et