The Beatles – Here Comes the Sun

 

"Here Comes the Sun" mahnısının Corc Harrison tərəfindən yazılan orijinal əlyazması

“Here Comes the Sun” mahnısının Corc Harrison tərəfindən yazılan orijinal əlyazması

Corc Harrison bu mahnını Erik Klaptonun bağında, elə Klaptonun akustik gitarı ilə yazıb.

1967-ci ildə Beatlesin meneceri Brian Epstein`in ölümündən sonra qrup üzvləri bir çox  iş görüşmələrini özləri etməli olurdu. Harrison iş görüşmələrinə nifrət edirdi. Mahnı da elə bu tip görüşlərin birindən sonra yazılıb.

Erik Klapton mahnının yaranması haqqında öz xatirəsini bölüşür: “Gözəl yaz səhərlərindən biri idi. Səhv etmirəmsə aprel ayı idi. Biz öz gitarlarımızla bağda gəzişirdik. Günəş parıldayırdı. Biz bağın aşağısında oturduq. Gözəl gün idi, günəş şüaları bərq vururdu. Birdən o açılış misrasını oxumağa başladı (Here comes the sun), sonra davamını və mən sadəcə bu mahnının yaranmasına tamaşa etdim.” Oxumağa davam et